<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Günəşin parlaqdır, Ayın da nurlu,
 Sən onlardan parlaq, işıqlısan, İsam!
 Çıxardın bizləri aydın səhərlərə,
 Xoşbəxtik, adımız yazıldı Göylərə.

[C1]
   Həqiqətin çıraq, verdin əlimizə,
   O Nur çatdıracaq bizi o Göylərə.

[V2]
 Dünyadan da böyük məhəbbətin varmış,
 Dərk olunmaz sevgin, ey Rəbbimiz İsa!
 Hamıdan ucasan, izzətlisən, İsam,
 Təkcə Sən layiqsən səcdələrə, İsam!

[C2]
   Məhəbbətin doldu ürəklərimizə,
   Onunla girərik nurlu Səltənətə.</lyrics>
<title>Günəşin parlaqdır, Ayın da nurlu İL35</title>
<hymn_number>35</hymn_number>
</song>